Bərdədə yol polisləri reyd keçirib

Bərdədə yol polisləri reyd keçirib

Bərdədə Dövlət Yol Polis bölməsinin əməkdaşları növbəti dəfə reyd keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, reydin keçirilməsində əsas məqsəd avtomobillərin idarə edilməsində sürücülərin yol verdiyi qanun pozuntularını aşkar etmək olub.


Polis əməkdaşlarının hədəfinə bu dəfə əsasən avtomobili sənədsiz idarə edən və maşını texniki baxışdan keçməyən sürücülər tuş gəlib. Reyd zamanı çoxlu sayda avtomaşın saxlanılaraq cərimə meydançasına aparılıb.


Bərdə rayon Dövlət Yol Polis Bölməsinin rəisi Cəmil Mirzəyevin sözlərinə görə, keçirilən reydlərdən narahat olmaq yox, müəyyən edilən hüquq pozmalardan və tutulan iradlardan nəticə çıxarmaq lazımdır. Ən azından bu elə sürücülərin öz təhlükəsizliyi baxımından önəmlidir.


Qeyd edək ki, ictimaiyyətin və medianın dəstəyi ilə yol polisinin apardığı reydlər davam etdiriləcək.



Şamil Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə