Fevralın 26-da Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) təşkilatçılığı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, Misir Ərəb Respublikasında, İtaliya, Fransa, Niderland Krallığında, Kanada da Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər keçirəcək.
ASAİF –dən SİA-ya verilən məlumata görə, fevralın 25-də Danimarkada, Rumıniyada, fevralın 26-da Finlandiya və Macarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçiriləcək.
Fevralın 25-də Çexiyanın paytaxtı Praqanın Sülh meydanında "Azər-Çex" Cəmiyyətinin təşkilatçılığı ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda anım mərasimləri, konfrans və sərgilər təşkil olunacaq. Qazaxıstanın Astana şəhərində Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının təşkilatçılığı ilə fevralın 26-da "Xocalı soyqırımı – XX əsrin dəhşətli faciəsi" mövzusunda konfrans keçiriləcək.
Fevralın 26-da İstanbulun Taksim meydanında Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF), İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının, Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələrinin iştirakı ilə "Türkiyə bunu tanı, unutma Xocalını" adı altında izdihamlı yürüş-mitinqin keçiriləck.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB