Elin Süleymanov Amerika Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb
Azərbaycanın ABŞ-dakı səfiri, Azərbaycanın Amerika Dövlətləri Təşkilatı (ADT) yanında Daimi Müşahidəçisi Elin Süleymanov təşkilatın baş katibi Xose Migel İnsulza ilə görüşüb. Səfirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə ADT arasındakı əməkdaşlıq və Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətləri əsas müzakirə mövzuları olub.
Səfir Azərbaycanın ADT ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini qeyd edərək, bu əməkdaşlığın daha da genişləndirilməsinin faydalı olacağını bildirib. Baş katib Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirdiklərini vurğulayaraq, təşkilatın müxtəlif proqramlarına Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Səfir, həmçinin, son illərdə Azərbaycanın Latın Amerikasında diplomatik təmsilçiliyinin daha da genişləndirildiyini, hazırda Argentina və Meksikada Azərbaycan səfirliklərinin fəaliyyət göstərdiyini və bu yaxınlarda Braziliyada səfirliyin fəaliyyətə başlayacağını diqqətə çatdıraraq, bunun Azərbaycan rəhbərliyinin region ölkələri ilə münasibətlərə verdiyi önəmin bariz nümunəsi olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB