Sumqayıtlılar bu gün susuz qalacaq

Sumqayıtlılar bu gün susuz qalacaq

Bu gün Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. SİA-nın xəbərinə görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilən 1200 mm-lik magistral boru xəttində qəza baş verıb.

Hazırda magistral kəmərdə təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə