TÜRKPA nümayəndə heyəti ATƏT-in 2012-ci il Tayland konfransında iştirak edəcək

TÜRKPA nümayəndə heyəti ATƏT-in 2012-ci il Tayland konfransında iştirak edəcək

TÜRKPA Baş katibinin rəhbərliyi altında nümayəndə heyəti 13-14 fevral 2012-ci il tarixlərində Çhiyanq May şəhərində keçiriləcək "Regional əməkdaşlıq vasitəsilə təhlükəsizliyin gücləndirilməsi" mövzusunda ATƏT-in 2012-ci il Tayland Konfransında iştirak edəcək.

Qurumdan SİA-ya verilən xəbərə görə, tədbirdə TÜRKPA Baş katibi Ramil Həsənovun "Asiyada təhlükəsizlik problemləri" mövzusunda çıxışı nəzərdə tutulur.

Həmçinin TÜRKPA Baş katibinin ATƏT-in Baş katibi, səfir Lamberto Zanyer, Türkiyənin ATƏT-dəki daimi nümayəndəsi, səfir Tacan İldem və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşü də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə