Cüneyt Biçer:\" Azərbaycan Premyer Liqasında finala kimi getməyi qarşımıza məqsəd qoymuşuq\". MÜSAHİBƏ

Cüneyt Biçer:\" Azərbaycan Premyer Liqasında finala kimi getməyi qarşımıza məqsəd qoymuşuq\". MÜSAHİBƏ

"Xəzər Lənkəran" Futbol Klubunun baş məşqçisi Cüneyt Biçer Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışından Azərbaycana qayıtdıqdan sonra siasport.az saytına ekskluziv müsahibə verib.Müsahibəni oxucularımıza təqdim edirik.


- Salam Cüneyt bəy. Antalyaya hansı heyətlə getmişdiniz?


- Antalyaya 4 nəfərlik məşqçi heyəti ilə, mən, Faiq Vural, Cem Yılmaz və Hafiz Əliyev. Komanda olaraq 20 oyunçu, orta hesabla 30 nəfərlik heyətlə kampda olduq.


Təlim-məşq toplanışı zamanı hər hansı bir transfer haqda fikirləşdinizmi?


- Bəli, Antalya üçün transfer hazırlığımız var idi, orada yeni fərqli hadisə cərəyan etdi və yeni futbolçu, Robert Alves(xorvatiyalı) komandaya qoşuldu. Hazırda Türkiyədəki təlimdən aramıza qatılan futbolçu hələlik odur. Başqa transfer etməkdə olduğumuz futbolçu da var. Teodorov (Bolqarıstanlı) keçmiş futbolçularımızdandır, o, daha əvvəl də "Xəzər Lənkəranda" oynamışdı. Teodorov bu gün gələcək, axsamçağı Bakıda olacaq. Bundan başqa iki yeni futbolçumuz daha olacaq. Kostarikadan milli komandada oynayan futbolçu sabah Ankaraya gedəcək, ordan İstanbula viza üçün səyahət edəcək və oradan Bakıya gələcək


Komandanın təlim-məşq toplanışından əvvəlki vaxtı ilə müqayisə edəndə hansı fərqi görmək mümkündür?


-Ciddi fərq var. Çətin bir kamp dövrü keçirdik, çox çalışdıq. 40-50 faiz inkişaf əldə edə bildik.


Antalyadakı oyunlar haqqında fikirlərinizi bilmək istərdik.


Təlim-məşqlər zamanı 5 oyun keçirdik. 2 oyunda uduzduq. Amma hesab edirəm ki, əsas oyunda taktikanı görmək və xətaları aşkarlamaq idi. Hazırda isə Premyer Liqa oyunlarına hazırlaşırıq, 4 qarşılaşmamız qalıb, onları gözəl şəkildə keçirməyi, Azərbaycan Premyer Liqasında finala kimi getməyi məqsəd olaraq qarşımıza qoymuşuq.


Təlim-məşq toplanışından qayıtdıqdan sonra hansı planlarınız var?


-Hazırda (Pəncərəyə baxaraq) Bakıda edə biləcəyimiz heç bir şey yoxdu. Havalar çox sərt keçir. Bu gün Lənkərana gedirik, 3 gün Lənkəranda olacayıq. Sonra "Turan"la görüş planlaşdırırıq. Tovuzda stadionunda oynamaq fikrimiz var, lakin Turanın cəzası olduğuna görə, bəlkə Şəmkir stadionunda oynadıq. Fevralın 11-i və 21-də yenə oyunlarımız var. Bu haqda tam fikir deyə bilmərəm.


Bundan sonra Bakıya gələcəksiz, yoxsa Lənkəranda qalacaqsız?


-Xeyir, Bakıya hələlik gələ bilməyəcəyik, çünki 4 gün sonra yenə bir görüşümüz olacaq Lənkəranda, bir də bura gəlib geri qayıtmaq istəmirik. Ümumiyyətlə, niyyətim hələlik Bakıya gəlmək deyil, açıq şəkildə deyim ki, bu mövsümü Lənkəranda keçirmək istəyirik.

Səbəb isə, bu qarlı günlərdə Bakıda meydança tapmağın çətinliyidir. Buna görə də, Lənkərandakı öz stadionumuzda təlimləri keçirəcəyik.


Orxan Faiqov




Bütün xəbərlər Facebook səhifəmizdə