Kəskin hava şəraiti ilə əlaqədar AŞPA həmməruzəçiləri Qubaya gedə bilmədi

Kəskin hava şəraiti ilə əlaqədar AŞPA həmməruzəçiləri Qubaya gedə bilmədi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Qubaya gedə bilmədi. SİA-nın xəbərinə görə, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrexin Quba rayonuna planlaşdırılan səfəri kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıv. Hhəmməruzəçilər yanvarın 31-dən Bakıda səfərdədir. Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası, demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının vəziyyəti ilə tanış olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə