“Azəristiliktəchizat” ASC dövlət proqramı çərçivəsində 750-dək layihənin icrası nəzərdə tutur
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən "Azəristiliktəchizat" ASC tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı zəruri işlər görülür. SİA-nın xəbərinə görə, bunu "Azəristiliktəchizat" ASC sədrinin müavini İlham Mirzəliyev deyib.
O bildirib ki, həyata keçriilən tədbirlərə əsasən ekoloji
cəhətdən təmiz, müasir tipli səmərəli texnologiyalar tətbiq etməklə Bakı
şəhərində və paytaxtətrafı qəsəbələrdə istilik təsərrüfatı üzrə lazımi işlərin
başa çatdırılması nəzərdə tutulub. Sədr müavini vurğulayıb ki, müvafiq istilik
qurğularının, mənbələrinin bərpası, modernləşdirilməsi, yeni qazanxanaların
tikintisi, istilik təchizatı sistemlərinin yenidən qurulması və bununla da
istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin
təşkilinin əsaslı surətdə yaxşılaşdırılması istiqamətində yeni tədbirlər həyata
keçirilir.
"Ümumilikdə 750-dək layihənin icrası nəzərdə tutulur ki, onlardan 24-ü məktəblərə, 86-sı uşaq bağçaları, 38-i səhiyyə obyektləri və 606-sı yaşayış binalarına aiddir. Proqram çərçivəsində 135 yeni qazanxananın tikintisi, 17 qazanxananın modernləşdirilməsi, 7 istilik məntəqəsinin yenidən qurulmaqla qazanxanaya çevrilməsi, 591 obyektdə aşağı paylama və binadaxili istilik sisteminin bərpası planlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB