Hakim partiya Fransada qondarma \"soyqırımı\" layihəsi ilə bağlı qərara münasibət bildirdi

Hakim partiya Fransada qondarma \"soyqırımı\" layihəsi ilə bağlı qərara münasibət bildirdi

\"Ümumiyyətlə tarixi saxtalaşdırmaq cəhdi haqsızlıqdır və bu, tarixi ədalətsizliyin bir formasıdır. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov qondarma "erməni soyqırımı"nın inkar edilməsinin cinayət sayılmasını nəzərtə tutan qanun layihəsinin Fransa Senatında müzakirə olunması məsələsinə münasibət bildirərkən deyib. O əlavə edib ki, buna qarşı Azərbaycan özünün kəskin münasibətini bildirməlidir. Ə.Əhmədovun sözlərinə görə, bu, digər tərəfdən demokratiya anlayışı ilə bir araya sığmayan hadisədir.

"Tarixin saxtalaşdırılması əsasında siyasi qərarların verilməsi həm ədalət baxımdan, həm də demokratik dəyərlər nöqteyi-nəzərindən düzgün deyil. İkinci bir tərəfdən biz bunun Türkiyəyə qarşı təzyiq forması hesab edir, buna qəti etirazımızı bildiririk. Təbii ki, bizim qardaşlıq və dostluq münasibətlərimiz bu mövqedə dayanmağımızı şərtləndirir və daima bu mövqedə dayanmışıq. İnanmaq istəyirəm ki, Fransa Senatında bu cür qərarın qəbul edilməsinə gətirib çıxaracaq hərəkətlərə yol verilməyəcək. İnanmaq istəmirəm ki, Fransa senatı belə haqsız və siyasi cəhətdən zərərli bir qərarın çıxarılmasına əsas vermiş olsun", - deyə YAP-ın sədr müavini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə