Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm Qrupunun (MPM) üzvləri Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin ( RPİ) MST-nə və həmin idarənin 7-ci Polis Bölməsinə başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanma şəraitinin müasir tələblərə cavab verməsi və sənədləşmənin yoxlanmasından ibarət olub.
Başçəkmə zamanı qrupun üzvləri saxlanılan şəxslərlə görüşüb söhbət edib, həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Başçəkmə zamanı Binəqədi (RPİ) MST və həmin idarənin 7-ci Polis Bölməsində saxlanmanın qanuniliyini təsdiq edən sənədlər də yoxlanılıb, bir sıra nöqsanlar aşkar edilib. Ombudsman daxili işlər nazirinə müraciət edib, başçəkmə zamanı aşkar olunan halların araşdırılaraq pozuntulara yol vermiş şəxslər barəsində qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB