Brüssel Avropada müsəlmanların ən çox yaşadığı şəhərdir. "Vzqlyad"a istinadən verilən məlumata görə, proqnozlar 2030-cu ildə Brüsseldə əhalinin əksəriyyətini müsəlmanların təşki edəcəyini göstərir.
Belçikanın nüfuzlu Livena Katolik Universitetinin apardığı araşdırma göstərib ki, hazırda Brüsseldə müsəlmanların sayı 300 minə çatır. Ümumilikdə Belçikada əhalinin 6%-i müsəlmanlardır. Bu, Avropada ən yüksək göstəricilərdəndir. 2020-ci ildə bu rəqəmin 10%-ə çatacağı proqnozlaşdırılır.
Brüsseldə yaşayan müsəlmanların əksəriyyəti (70%) Mərakeş təmsilçiləridir. Türkiyədən olanlar 20, Albaniya, Misir, Pakistan və Şimali Afrika təmsilçiləri isə 10%-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB