Bərdə rayonunda Qeyri Hökumət Təşkilatlarının layihəsi əsasında aparılan kurslara xeyli sayda uşaq cəlb edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdədə uşaqların kompyuter biliklərinin artırılması üçün pulsuz kurslar təşkil edilib. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə vəsaiti ilə həyata keçirilən kurslarda xeyli sayda uşaq kompyuter biliklərinə yiyələnib. Şəhər və ətraf kəndlərdən yoxsul, kimsəsiz və əlil uşaqları informasiya komunikasiya texnologiyalarını öyrətmək üçün kurslar təşkil edilib.
Layihə çərçivəsində uşaqların kompyuter biliklərinə yiyələnmək müxtəlif yaş qruplarında 120 yaxın uşaq pulsuz öyrədilib. Məktəbli şagirdlərin kompyuter biliklərin artırılması üçün bu cür kurslar davam ediriləcək. Bir ay ərzində kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar verilib.
Layihə iştirakçılarının sözlərinə görə, bu proqram çərçivəsində verilən bilikləri mənimsəmək və bu barədə əlavə axtarışlar aparmaq artıq uşaqların dərsdən əlavə ən maraqlı məşğuliyyətlərindən birinə çevrilib. Təlimçi Mübariz müəllimin dediyinə görə uşaqlar bu bilikləri həvəslə mənimsəyir ki, bu da bizim işimizdə mübət haldır, eyni zamanda işimizi daha da asanlaşdırır.
Qeyd edək ki, İctimai Birliyin nəzərdə tutduğu fəaliyyət planına əsasən layihə cari ilin sonuna qədər davam edəcək. Bu layihənin davamı olaraq buna bənzər layihələrin ardıcıl olaraq həyata keçirilməsi də nəzərdə tutulub.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB