Niderlandlı alim Ziya Bünyadov haqqında dissertasiya yazır

Niderlandlı alim Ziya Bünyadov haqqında dissertasiya yazır

Amsterdam Universiteti Humanitar elmlər fakültəsinin Şərqi Avropa şöbəsinin əməkdaşı Sara Krombax bu günlərdə Bakıya gəlib. SİA-nın xəbərinə görə, görkəmli Azərbaycan alimi, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov haqqında doktorluq dissertasiyası yazan niderlandlı alim işlədiyi mövzu ilə bağlı material toplamaq üçün AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna ezam olunub.

Sara Krombax Ziya Bünyadovun Şərqşünaslıq və tarixşünaslıq elminə təsiri ilə bağlı dissertasiya yazır. O, əsasən Ziya Bünyadovun uzun illər çalışdığı və rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunun arxivində, eləcə də müxtəlif elmi və təhsil müəssisələrin arxivlərində, kitabxanalarda mövzusu ilə bağlı materiallarla tanış olur. O, həmçinin Ziya Bünyadovu yaxından tanımış insanlarla, o cümlədən tanınmış alimlərimizlə də görüşüb. Sara Krombax bu mövzu üzərində işi 2 ilə başa vurmaq niyyətindədir. Niderlandlı alim gələn ilin martında Bakıya bir dаhа səfər etmək fikrindədir.

Bu, Sara Krombaxın Azərbaycanla bağlı ilk işi deyil. O, Amsterdam universitetində aspirantlığı dövründə Dağlıq Qarabağ mövzusu üzərində işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə