Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli
Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların
transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti
monitorinq həyata keçirmişdir. SİA-nın
verdiyi məlumata görə, oktyabr ayının II ongünlüyündə
Kür çayında suyun sərfi oktyabr ayının I ongünlüyünə nisbətən 7 m3/san artaraq
153 m3/san təşkil etmişdir. Monitorinqin
nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən
təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye
müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı
normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik
çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH)
keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində isə fenollar 4, mis birləşmələri 5 dəfə YVQH-ni keçmişdir.
Oktyabr ayının II
ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz
məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri
2, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar 2, mis birləşmələri 3 dəfə
YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.83-8.40 mq/l arasında
olmaqla sanitar norma daxilində dəyişmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB