Moskvada “Azərbaycanın post-konflikt ərazilərinin bərpası – konseptual əsaslar” kitabının təqdimat mərasimi keçiriləcək
Moskvada Rusiya Dövlət Humanitar Universitetində azərbaycanlı alimlərin "Azərbaycanın post-konflikt ərazilərinin bərpası – konseptual əsaslar" kitabının təqdimat mərasimi keçiriləcək. SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir "Vestnik Kafkaza" informasiya agentliyi və Qafqazın Strateji Tədqiqatları İnstitutu tərəfindən təşkil olunub.
Kitabın müəllifləri – "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqazın Strateji Tədqiqatları İnstitutunun (QSTİ) direktoru Eldar İsmayılovdur. Kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti – münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb.
Kitabda münaqişənin başa çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər öz əksini tapıb.
Təqdimatda millət vəkili Rasim Musabəyov, Prezident Administrasiyasının siyasi analiz və proqnozlaşdırma sektorunun müdiri Fərhad Məmmədov, ekspert-konfliktoloq, Qafqaz Universitetinin prorektoru Rövşən İbrahimov, eləcə də kitabın ingilis dilində variantının redaktoru tanınmış amerikalı tədqiqatçı, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun direktoru Frederik Starr iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB