Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu apreldən başladığı layihəyə yekun vurub - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 01 aprel 2011-ci il tarixində başlanılmış "Tibbi Sosial Ekspert Komissiyalarına və Əhalinin Sosial Müdafiə Mərkəzlərinə ictimai nəzarət" layihəsinə yekun vurub.
SİA-nın verdiyi məlumata görə, 12 oktyabr 2011-ci il tarixində Səs İnformasiya Agentliyinin konfrans zalında layihənin yekunu və nəticələrinin müzakirəsi ilə əlaqədar olaraq, aidiyyəti qurumların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiziya Komissiyalarının və Qeyri Hökumət Təşkilatların rəhbərlərinin birgə iştirakı ilə geniş tərkibdə dəyirmi masa keçirilib.
Layihənin direktoru, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc çıxış edərək "Ünvanli dövlət sosial yardimım haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunlarının aidiyyətı orqanlar tərəfindən icra olunmasına və aztəminatlı ailələrin tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə kömək göstərərək adı çəkilən idarələrdə şəffavlığın təmin olunması üçün ictimai nəzarətin gücləndiyini bildirərək Səbail, Binəqədi, Qaradağ, Sabunçu, Şirvan şəhər, Hacqabul, Xaçmaz, Yardımlı və Şuşa rayon ƏSMM-nin, DSMF-in və 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK-ın əməkdaşlarının birgə iştirakı ilə araşdırma məqsədi ilə 550 ailədə keçirilmiş manitorinqlərin nəticələrin ilə bağlı yığıncaq iştirakşılarına ətraflı məlumat verib.
Sərraf Oruc adları çəkilən rayonlarda manitorinq keçirildiyini və başqa rayonlardan fərqli olaraq Şirvan şəhər, Səbail, Hacıqabul və Şuşa rayon ƏSMM-nində və 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK-ında layihənin həyata keçməsində adı çəkilən idarələrin rəhbərləri hər cür şərait yaradaraq yaxından köməklik göstərdiylərini və adı çəkilən rayonların ƏSMM-nində Ünvanlı Dövlət Sosial yardımların təyinatı üzrə yaradılmış komissiyalarının tərkibində şəffavlığın təmin olunması üçün QHT nümayəndəsi təmsil olduğuna görə, qanun pozuntusuna rast gəlmədiyini, sadəcə olaraq aztəminatlı ailələrin əksəriyyətinin öz tibbi-sosial hüquqlarını bilməmələri səbəbindən bəzən onlara şamil edilmiş güzəşlərdən vaxtı-vaxtında düzgün istifadə etməmələrini qeyd edib. Bundan istifadə edən bəzi rayon, şəhər ƏSMM-rində və TEK-lərdə hələ də süründürməçiliklər baş verir. Bunun qarşısını almaqdan ötəri biz imkanlarımız daxilində yuxarıda adları şəkilən regionlarda ayrı-ayrı monitorinqlər keçirərək, müəyyən səbəblərdən gedə bilmədiyimiz rayonların ƏSMM və TSEK-nın rəhbərlərinə müraciət edərək süründürməçiliklərə son qoyulması barəsində xəbərdarlıq etmişik. Layihə sayəsində hüquqi, ictimai və maarifləndirici tədbirlər keçirməklə bu tədbirlərin həyata keçirilməsində korrupsiya hallarının aradan qaldırılmasına nail olunub.
Tədbirdə iştirak edən QHT-rının nümayəndələri və əlil ailələri çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Həkim Əmək Ekspertiza Komissiyasında üzləştikləri tibbi-sosial problemlərdən danışıblar və onlar layihə çərçivəsində qaldırdıan problemlərin çox ciddi problem olduğunu bildiriblər. Tədbirin sonunda layihə sayəsində ayrı-ayrı regionlarda ictimayyət arasında keçirilmiş marifləndirmə tədbirlərinin və "Aztəminatlı ailələrin və əlillərin sosial hüquqları" kitabı yığıncaq iştirakçları tərəfindən tədqirəlayiq hesab edilərək yüksək qiymətləndirilib, həmçinin layihənin icra olunmasında rayonlarda şərait yaradaraq yaxından köməklik göstərdikləri, Ünvanlı Dövlət Sosial yardımların təyinatı üzrə yaradılmış komisiyalarının tərkibində şəffavlığın təmin olunması üçün QHT nümayəndəsinin təmsil olduğuna, aztəminatlı ailələrə göstərilən yüksək xidmətlərinə görə, Şirvan şəhər, Səbail və Şuşa rayon ƏSMM-nin drektorları fəfri fərmanlarla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB