Gennadi Zyuqanov yeni təkliflə çıxış edib

Gennadi Zyuqanov yeni təkliflə çıxış edib

Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanov partiya liderlərinin prezident Dmitri Medvedevlə görüşü zamanı yeni təkliflə çıxış edib. Onun təklifinə görə, Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyalar arasında keçiriləcək debatlar bərabər şəkildə keçirilməlidir. Eyni zamanda KİV-də bu istiqamətdə aparılan işlər tərəfsizlik çərçivəsində aparılmalıdır. Bu barədə SİA Ria.novosti xəbər agentliyinə istinadən xəbər verir. \"Bu seçkilər ölkənin gələcək taleyi üçün önəmli xarakter daşıyır. Əgər biz normal dialoqa nail ola bilməsək, bu yalnız ölkə üçün pis nəticələr verəcək. Biz tələb edirik ki, debatlarda və KİV-lərdə ayrıseçkiliyə yer verilməsin\", - deyə Zyuqanov vurğulayıb.

Rusiya kommunistlərinin lideri onu da qeyd edib ki, dünya iqtisadiyyatını vurmağa hazırlaşan ikinci böhran dalğasına Rusiya heç də hazır deyil: \"Heç bir əsaslı iddia yoxdur ki, biz bu böhrandan rahatca şəkildə çıxmağamnail olacağıq. Ölkədə nə material, nə texniki, nəmaliyyə, nə də ki, kadr potensialı mövcuddur\".

Bütün xəbərlər Facebook səhifəmizdə