3 min tona yaxın dənli və paxlalı bitki yığılıb

3 min tona yaxın dənli və paxlalı bitki yığılıb
\"Artıq dənli bitkilərin yığımı başa çatıb. Statistik məlumata görə, bu il sahələrdən 3 min tona yaxın dənli və paxlalı bitki yığılıb\". Bu isə ötən ilki məhsuldarlıqdan xeyli çoxdur. Bu il düyü və paxla yığımı da ötən ilki ilə müqayisədə daha məhsuldardır. Kənd Təsərrüfatı Nazirlinin Bitkiçilik Məhsullarının İstehsalı və Emalına Nəzarət şöbəsinin müdiri Sabir Vəliyev bildirdi ki, məhsuldarlığın bol olması buğdanın qiymətinin düşməsinə səbəb olub: "Son vaxtlar ölkə ərazisinə düşən yağıntının məhsuldarlığa heç bir ziyanı yoxdur. Əksinə yağış yağması quraqlıq regionlarda məhsuldarlığın artmasına səbəb olur".
Qeyd edək ki, bu il dənli bitkilər 945,1 min ha sahədən yığılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə