Elmar Vəliyev: “İş adamlarının işinə süni maneə yaradan dövlət qulluqçusu ağır şəkildə cəzalandırılacaq” - FOTO

Elmar Vəliyev: “İş adamlarının işinə süni maneə yaradan dövlət qulluqçusu ağır şəkildə cəzalandırılacaq” - FOTO

Gəncədə növbəti müşavirə keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, müşavirədə gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub. Qeyd olunub ki, şəhərin qaz və kanalizasiya xətləri ilə yanaşı, işıq xətləri də yeraltı sistemlə əvəzlənəcək. Artıq bu barədə Nazirlər Kabinetinin də sərəncamı var. Bundan əlavə Gəncənin su sisteminin təzələnməsi ilə bağlı almaniyalı mütəxəssislərin hazırladıqları layihələrin icrasına start verilib. İlkin olaraq bəzi texnikalar artıq şəhərə gətirilib. Sahibkarların fəaliyyətinə də toxunan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səlahiyyət sahiblərinə növbəti xəbərdarlıq edib və bildirib ki, iş adamlarının işinə süni maneə yaradan istənilən dövlət qulluqçusu müxtəlif idarə və təşkilatların rəsmiləri ağır şəkildə cəzalandırılacaq. Müşavirənin sonunda isə şəhərdə gedən abadlıq və yenidənqurma tədbirlərinin fəaliyyətinə toxunulub.

Aparat rəsmiləri icra başçısına görülən son işlər barədə məlumat veriblər.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə