SİA və Sestv.az İnternet Televiziyası “Yay məktəbi” layihəsi çərçivəsində Oğuzda gənclərlə dəyirmi masa keçirib - FOTOSESSİYA

"Səs" İnformasiya Agentliyi (SİA) və Sestv.az İnternet Televiziyasının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində Oğuzda "Afra" oteldə olan gənclərlə "Azərbaycan gəncliyinin inkişafında müasir medianın rolu" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkili Asəf Hacıyev, "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin və Sestv.az İnternet Televiziyasının baş direktoru Bəhruz Quliyev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, AZTELEKOM İstehsalat Birliyinin baş direktorunun müavini Tahir Məmmədov, Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, milli.az xəbər portalının baş redaktoru Anar İmanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akedemiyasının dossenti Vüsal Quliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mübariz Qurbanlı dəyirmi masanın Azərbaycan mətbuatının yaranmasının 136-cı il dönümünə həsr olunduğunu bidlirib. Gəncləri diskussiyalarda fəal olmağa çağıran millət vəkili, onlara mətbuatla əlaqədar məlumatlar veriləcəyini qeyd edib. YAP icra katibinin müavini diskussiyaların gedişində qonaqların fikirlərini gənclərlə bölüşəcəklərini, sualları cavablandıracaqlarını deyib.

Daha sonra çıxış edən Bəhruz Quliyev gənclərə görüş üçün şərait yaratdığına görə, YAP rəhbərliyinə minnətdarlığını bildirib. O, tədbirin məqsədi barədə danışıb: "Bu tədbiri keçirməkdə məqsədimiz Milli Mətbuat Günü ərəfəsində "Yay məkətəbi" çərçivəsində "Azərbaycan gəncliyinin inkişafında müasir medianın rolu" mövzusunda gənclərlə müzakirələr aparmaqdır".

Baş redaktor gənclərin internetdən - sosial şəbəkələrdən düzgün istifadə etməli olduğunu bildirib. 1875-ci ildə "Əkinçi" qəzeti ilə mətbuatımızın fəaliyyətə başladığnı xatırladan B.Quliyev mediamızın ən yüksək inkişaf dövrünün ikinci dəfə müstəqillik əldə etdiyimizdən sonra başladığnı vurğulayıb: "1988-92 illərdə Resbublikamızda olan xaos və anarxiya mətbuata da sirayət etdi. Canlı efirlərə hücumlar olurdu. Jurnalistləri təhqir edirdilər. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra mətbuatımız sürətlə inkişaf etməyə başladı.

Xüsusilə "Səs" qəzetinin tarixindəın danışmaq istəyirəm. O dövrdə "Səs" qəzeti tarixi bir missiyanı yerinə yetirib. "Səs" qəzeti 91 ziyalının ümummilli lider Heydər Əliyevə müraciətini dərc etdi. Ulu öndər də "Səs" qəzeti vasitəsilə ziyalılara cavab ünvaladı. Xalqın təkidi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi. O dövlərdə mətbuatda senzuranın olduğunu xüsusilə qeyd etmək istəyirəm. Ümummilli liderimizin ən böyük xidmətlərindən biri də mətbuata tətbiq edilən senzuranı ləğv etməsidir. Məhz bundan sonra tam azad və şəffaf mətbuat yarandı. Ulu öndərin baş redaktorları dəvət edib, onlarla dəfələrlə mətbuatın problemləri barədə fikir mübadiləsi aparması diqqət çəkən məqamlardandır. Ümummilli liderimiz mətbuatın problemlərini, maddi durumunun ağır olduğunu nəzərə alıb əvvəlcə qəzetlərin "Azərbaycan" Nəşriyyatına borclarını dondurdu və sonradan ləğv etdi. Daha sonra Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə mediamız daha da inkişaf etdi. Mətbuat Şurası yaradıldı. Prezident mətbuatımızın həm 130, həm də 135 illiyi ilə əlaqədar möhtəşəm sərəncamlar imzaladı. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Bu qurum bir sıra layihələr həyata keçirir ki, bu layihələr cəmiyyətin, mətbuatın inkişafı üçün çox əhəmiyyətlidir".

Baş redaktor Prezidentin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün maliyyə vəsaiti ayırdığını və media işçilərinin yaxında evlərlə təmin olunacaqlarını qeyd edib. O, gənclərimizin hər birinin bir təbliğatçıya çevrilərək, internetdən düzgün istifadə etməli olduqlarını vurğulayıb. B.Quliyev gənclərin torpaqlarımızın işğal altında olduğunu nəzərə alaraq sosial şəbəkələrdə bu istiqamətdə işlər aparmalı oluqlarını bildirib. O, müharibə olarsa gənclərimizin hər birinin ayağa qalxmalı və hər an Vətənin müdafiəsinə hazır olmalı olduqlarını deyib.

Politoloq Vüsal Quliyev çıxış edərək belə görüşlərin çox faydalı olduğunu qeyd edib. O, Azərbaycanın gənc respublika olduğunu, 20 il ərzində çox işlər görüldüyünü, hələ çox işlər də görülməli olduğunu bildirib. Dossent iternetdən düzgün istifadə barəsində danışıb: "Azərbaycan gənclərinin çoxu internet istifadəçisidir. İlk növbədə Azərbaycan gəncləri Dağlıq Qarabağ problemi istiqamətində fəal olmalıdırlar. Bu istiqamətdə müdafiəçi yox, hücumçu olmalıdırlar. Gənclərə Azərbaycanda çox diqqət ayrılır. Prezidentin imzaladığı gənclər haqqında proqramda onları maraqlandıran hər bir sahə öz əksini tapıb. Burada Azərbaycanın milli maraqlarını, milli dəyərlərini qoruyub saxlamaq üçün də proqramlar var. Bu proqram tam yerinə yetirildikdən sonra biz tamamilə başqa bir gənclik görəcəyik. YAP Gənclər Birliyi də bu proqramda fəal iştirak etməlidir. Hər bir gənc dövlətin uğurlu siyasətindən xəbərdar olmalıdır. Bunda da internetin rolu böyükdür. Mən Sestv.az İnternet Televiziyasını vurğulamaq istəyirəm. Bölgələrdə olan gənclərimiz bu TV-ni açıb baxsalar, onlar özləri də buna oxşar formatda qısa metrajlı xəbərlər hazırlaya bilərlər. Bu, ilk növbədə bölgələrdə olan gənclərlə paytaxda olan gənclərin təması deməkdir".


Çıxış edən Anar İmanov da gənclərlə görüşə görə, təşkilatçılara minnətdarlığını bildirib. O, mətbuatınn məqsədinin məlumatlandırmaq və maarifləndirmək olduğunu deyib. Mətbuatımızın gündən-günə daha çox inkişaf etdiyini deyən baş redaktor daha sonra day.az Media Şirkəti haqqında məlumat verib: "Day.az-ın tərkibində ingilis dilli today.az, Azərbaycandilli milli.az və day.az radiosu fəaliyyət göstərir. Day.az-da sosial şəbəkədən, elektron poçtdan istifadə edə bilərsiniz. Radiomuz 24 saat fəaliyyət göstərir".

O, mediamızın düyanın inkişaf tendensiyasını izlədiyini, hazırda milli.az xəbər portalının xəbərləri hazırlanarkən bütün dünyanın aparıcı saytlarından istifadə olduğunu vurğulayıb. A.İmanov 10 il əvvəl medianın vəziyyətinə baxanda, indiki vəziyyətlə fərqi hiss etmək olduğunu qeyd edib. Artıq telefonla da medianı izləmək olduğunu xatırladan baş redaktor, hazırda internet mediasının daha çox inkişaf etdiyini deyib: "Daha çox sayt, daha çox rəqabət deməkdir. Azərbaycanda dövlət medianın inkişafı üçün çox qayğı göstərir. Hər il mətbuat günündə media orqanlarına maddi yardımlar olunur, fəxri adlar verilir. Mətbuat dövlət dəstəyindən bəhrələnərək daha çox inkişaf edir, müstəqil bazasını yaradır".

O, gənclərə yol göstərmək lazım olduğunu qeyd edib. Baş redaktor gənclərin media ilə əməkdaşlıq etməli olduqlarını deyib: "Bəzən gənclər deyirlər ki, ermənilər bizim mahnıları oğurlayırlar, siz hara baxırsınız? Bu işlərdə gənclər də bizə yardımçı olmalıdırlar. Dərc olunan yerin linkini göndərməlidirlər və başqa vasitələrlə əməkdaşlıq etməlidirlər. Biz daha çox gəncləri maraqlandıran məlumatlar dərc etməyə çalışırıq. Tənqid etmək yaxşıdır, ancaq əməkdaşlıq etmək, yardım etmək də lazımdır. Saytda əlaqə üçün telefonlar, elektron potçlar var. Əlaqə saxlayın, əməkdaşlıq edin".


Sevil Yusifova isə gənclərin təşkilatlanmağı üçün YAP rəhbərliyinin, tədbirdə iştirak edən qonaqların əllərindən gələni etiklərini qeyd edib: "Prezidentin sərəncamı da var ki, gənclər gələcəyin kadrları kimi hazırlansınlar. Siz internetin inkişafından yararlanmalısınız. Xəbərləri oxuyub, başqasına ötürə bilərsiniz, şərhlər yaza bilərsiniz. Keçmişə qayıtsaq görərik ki, belə imkanlarımız yox idi. Yazılara, xəbərlərə şərh verə bilmirdik. İndi heç gecikmək problemi də yoxdur. Saytı açıb artıq keçmiş xəbərləri də izləyə bilərsiniz. Qadınlarımızı da cəmiyyətdə, ictimai həyatda fəal olmağa çağırıram".

Daha sonra isə tədbir diskussiyalar şəklində davam etdirilib. Diskussiyalarda yazılı və inetrnet mediası, televiziya jurnalistikası, soasial şəbəkələr, internetdən düzgün istifadə, Dağlıq Qarabağ problemi, Azərbaycan dilinin zənginliyi, informasiya almaq və yaymaq, mətbuat orqanlarının digər mediada reklamı, informasiya texnologiyaları və s. mövzular müzakirə olunub.


Elgün Vidadioğlu, Oğuz


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...