Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu Şirvanda monitorinqlərin nəticələrinin müzakirəsi ilə bağlı yekun iclas keçirib - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu "Tibbi Sosial Ekspert Komissiyalarına və Sosial-Təminat Şöbələrinə ictimai nəzarət" layi¬hə¬sini nəzərdə tutulmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Həkim Əmək Ekspertiza Mərkəzində, TSEK-nın rayon şöbələrində, Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində və Dövlət Sosial Müdafiyyə Şöbələrində qarşılıqlı əməkdaşlıq şəraitində monitorinq apararaq aztəminatlı ailələrin pensiya və sosial problemlərin həllinə yaxından köməklik göstərir.

SİA-nın Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Mətbuat Xidmətindən aldığı məlumata görə, bu gün saat 10:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində Şirvan şəhər ƏSMM-nin müdüri Hənifə İsmayılov, Dövlət Sosial Müdafiyə Fondunun Şirvan şəhər şöbəsinin müdüri Cingiz Əhmədov, Şirvan şəhər Mərkəzləşmiş Xəstəxananın Baş həkimi Fərhad Cəfərov, 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional Tibbi Sosial Ekspert Komissiyasının sədr müavini Əli Cəfərov, Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin Baş həkimi Əyub Quliyev, Hacıqabul rayon ƏSMM-nin müdüri Xaliq Həsənov, Hacıqabul rayon Dövlət Sosial Müdafiyə Fondunun müdiri Hacıyağa Qasımov, yerli Qeyri Hökümət Təşkilatlarının rəhbərləri və adı çəkilən idarələrin əməkdaşlarının birgə iştirakı ilə Şirvan şəhərində və Hacıqabul rayonunda keçirilən monitorinqlərin nəticələrinin müzakirəsi ilə bağlı geniş tərkibdə yekun iclas keçirilib.

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc çıxış edərək "Ünvanli dövlət sosial yardimım haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunlarının aidiyətı orqanlar tərəfindən icra olunmasına və aztəminatlı ailələrin tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə kömək göstərərək adı çəkilən idarələrdə şəffaflığın təmin olunması üçün ictimayi nəzarətin gücləndiyini qeyd edərək Şirvan şəhər və Hacqabul rayon ƏSMM-nin, DSMF-nun və 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK-ın əməkdaşlarının birgə iştirakı ilə 175 ailədə keçirilmiş monitorinqlərin nəticələrin ilə bağlı yığıncaq iştirakşılarına ətraflı məlumat verib.

Sərraf Oruc adları çəkilən rayonlarda 450 ailədə monitorinqlər keçirildiyini və başqa rayonlardan fərqli olaraq Şirvan şəhər, Səbail, Hacıqabul və Şuşa rayon ƏSMM-nində, DSMF-də və 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK-ında layihənin həyata keçməsində adı çəkilən idarələrin rəhbərləri hər cür şərayit yaradaraq yaxından köməklik göstərdiylərini və adları çəkilən rayonların ƏSMM-də Ünvanlı Dövlət Sosial yardımların təyinatı üzrə yaradılmış kamisiyalarının tərkibində şəffavlığın təmin olunması üçün QHT-nümayəndəsi təmsil olduğu üçün qanun pozuntusuna gast gəinmədiyini, sadəcə olaraq aztəminatlı ailələrin əksəriyyətinin öz tibbi-sosial hüquqlarını bilməmələri səbəbindən bəzən onlara şamil edilmiş güzəşlərdən vaxtlı-vaxtında düzgün istifadə etməmələrini qeyd edib.

Şirvan şəhər ƏSMM-nin müdüri Hənifə İsmayılov Şirvan şəhərində ünvanlı sosial yardım alan aztəminatlı ailələrin ümumi sayı, onlara ayrılmış vəsaitin ümumi miqdarı və tətbiq olunması aqqında ətraflı məlumat verib.

Dövlət Sosial Müdafiyə Fondunun Şirvan şəhər şöbəsinin müdüri Cingiz Əhmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmək və digər pensiyalarının artımı haqqında verdiyi son fərmanın tətbiqi və hesablanma qaydaları haqqında yığıncaq iştirakçılara geniş məlumat verərək onları maraqlandıran sualları cavablandırıb.

33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional Tibbi Sosial Ekspert Komissiyasının sədr müavini Əli Cəfərov çıxış edərək 33 saylı Regional TSEK-də son 6 ay 204 nəfər uşağın ilkin, 374 nəfər uşağın isə təkrar sağlamlıq imkanları məhdud hesab edildiyinı və əlillik qrupları üzrə ayrı-ayrılıqda statisdik məlumatları söyləyib.

Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin Baş həkimi Əyub Quliyev, Hacıqabul rayon ƏSMM-nin müdüri Xaliq Həsənov, Hacıqabul rayon Dövlət Sosial Müdafiyə Fondunun müdüri Hacıyağa Qasımov yerli Qeyri Hökümət Təşkilatlarının rəhbərləri və müharibə əlilləri, veteranları və şəhid ailələri çıxış edərək sosial problemlərdən danışıblar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu tərəfindən iira edilən "Tibbi Sosial Ekspert Komissiyalarına və Sosial-Təminat Şöbələrinə ictimai nəzarət" layihəsini müsbət qiymətləndirərək dövlətin aztəminatlı ailələrə diqqət və qayğısının günü-gündən artdığını bildiriblər.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu və Səhiyyədə İctimai Nəzarət Komissiyası marifləndirmək məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ünvanli dövlət sosial yardim haqqinda" və " Sosial müavinətlər haqqinda" hazırlanmış "Aztəminatlı ailələrin və əlillərin sosial hüquqları" haqqında nəşir olunmuş kitab və bukletlər aztəminatlı ailələrə və onların təmsil olunduğu QHT- rəhbərlərinə paylanılıb.

Layihənin drektoru, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti və Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc monitorinqlərin keçirilməsində hər çürə şərait yaradım yaxından köməklik göstərdiyləri və vətəndaşlara vicdanla xidmət göstərdiyləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan şəhər ƏSMM-nin müdüri Hənifə İsmayılova, DSMF-unun Şirvan şəhər şöbəsinin müdüri Cingiz Əhmədova, Şirvan şəhər Mərkəzləşmiş Xəstəxananın Baş həkimi Fərhad Cəfərova, 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional Tibbi Sosial Ekspert Komissiyasının sədri Rasim Gözəlova, Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin Baş həkimi Əyub Quliyevə, Hacıqabul rayon ƏSMM-nin müdüri Xaliq Həsənova, Hacıqabul rayon DSMF-unun müdüri Hacıyağa Qasımova, Səbail rayon ƏSMM-nin drektoru Rəna xanım Əliyevaya, Səbail rayon ƏSMM-nin mühasibat sektorunun müdiri Barat Allahverdiyevə, Şuşa rayon ƏSMM-nin drektoru cənab Arif Abbasova təşəkkürünü bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə