Bu gün ölkəni qısamüddətli istilik dalğası bürüyəcək

Bu gün ölkəni qısamüddətli istilik dalğası bürüyəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin SİA-ya verdiyi məlumata görə, iyul ayının 8-də yüksək temperatur müşahidə olunacaq. Ölkə ərazisinə daxil olan qısamüddətli istilik dalğası nəticəsində Bakıda və Abşeron yarımadasında 38-40 dərəcə isti gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim əsən cənub-şərq küləyi, axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 3-40 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə