Umud Rəhimoğlu BMT-nin Cenevrədə keçiriləcək Yüksək Səviyyəli Toplantısına qatılacaq

Umud Rəhimoğlu BMT-nin Cenevrədə keçiriləcək Yüksək Səviyyəli Toplantısına qatılacaq

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və qurumun proqramların inkişafı və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçiriləcək BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılacaqlar. Bu barədə SİA-ya BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, "Le des Nations" sarayında təşkil olunacaq bu mötəbər tədbirdə BAMF təmsilçisi N.Nvolisa Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün "Təhsildə beynəlxalq səviyyədə razılaşdırılmış məqsəd və öhdəliklərin yerinə yetirilməsi" mövzusunda çıxış edəcək.

Tədbirdə BMT-nin Baş Katibi Ban Gİ Mun, Braziliyanın prezidenti Dilma Vana Rousseff, Böyük Britaniyanın baş naziri Qordon Broun, UNESCO-nun baş direktoru İrina Bokova, UNICEF-in icraçı direktoru Anthony Lake, Dünya Bankının Təhsil üzrə Direktoru Elizabeth King, ECOSOC- un prezidenti Lazarous Kapambe, BMT-nin müxtəlif qurumlarının rəhbərləri iştirak və çıxış edəcəklər. Bunlara yanaşı Almaniyanın, Belarusun, Seneqalın, Banqladeşin, Pakistanın, Qətərin, Zambiyanın, Mavritaniyanın təhsil və digər sahələr üzrə nazirləri, Türkiyənin BMT-nin Cenevrə ofisindəki səlahiyyətli nümayəndəsi də iştirak edənlər sırasında olacaqdır. Dünyanın nüfuzlu universitetlərinin araşdırmaçı alimləri, müxtəlif beynəlxalq fondların rəsmiləri də yüksək səviyyəli toplantıya qatılacaqlar.

Xatırladaq ki, BAMF 2007-c ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür. BAMF bununla yanaşı BMT-nin bir çox qurumları ilə - BMT QAK, UNDAF, UNİCEF, UNESKO, BqMT- və sairə agentlikləri ilə yaxından əməkdaşlıq edir, yaxud da birgə əməkdaşlıq üçün müzakirələr aparır. Bu istiqamətdə BAMF öz imkanları hesabına Azərbaycandakı qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, müharibədən zərərçəkən insanlara beynəlxalq humanitar yardımların çatdırılmasında yaxından iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə