Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin YAP-ın Nərimanov rayon təşkilatının inzibati binasında tədbir keçirilib. SİA-nın məlumatına görə tədbirdə İctimai Birliyin sədri Nürəddin Abbasov, Prezident Administarsiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Gənclər və İdamn Nazirliyinin şöbə müdiri Əli Məmmədov, Milli Qəhrəman Vahid Quliyev və digər şəxslər iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra Dövlət himni səslənib.

Daha sonra tədbiri giriş sözü ilə açan Nürəddin Məmmədov tədbir iştirakçıların salamlayıb. "Bu gün biz belə rahat şəkildə yığışa biliriksə, sabit və dinc şəkildə yaşaya biliriksə, bunu birmənalı olaraq xalqımızın ümummmilli lideri Heydər Əliyevə borcluyuq. Biz bu gün onun siyasi iseologiyasını layiqi ilə davam etdirən prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik və onun apardığı siyasəti xalq olaraq dəstəkləməliyik. Çünki, möhtərəm prezidentimiz ayrı-ayrılıqda hər bir vətəndaşın prezidentidi. Onun verdiyi fərmanlar, sərəncamlar, xalqın rifah halının yüksəlməsinə xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev kimi cənab İlahm Əliyev də bu gün Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin, Milli Qəhərmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir.

Bu gün bu toplantının əsas məqsədi də ölkə prezidentinə bu yolda dəstək olmaq, öz öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirməkdir. Prezidentimizin bu yöndə göstərdiyi qayığının bariz nümunəsindən biri Mübariz İbrahimova göstərdiyi şücaətə görə Milli Qəhərman adının verilməsidir.

Xalqa onda yaşıyır ki, onun milli mənəvi dəyərləri yaşayır. Bu yöndə də YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu yöndə apardığı siyasət alqışalayiqdi."

Nürəddin Abbasov onu da vurğulayıb ki, Azərbaycan Respublikası Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyi "Xocalı" muzeyi yaradıb. "Hələ ki, bu muzey bir otaqdan ibaərtdir, amma gələcəkdə bu daha da böyük ərazini əhatə edəcək".

Sonra tədbir iştirakçıları çıxış eədərk, əsasən problemlərdən danışıblar. Əsasə məsələ kimi Milli Qəhərmanlarımızın təbliğinin yaxşı aparılmadığı vurğulanıb. Bu yöndə görülə biləcək işlər haqda danışıldı və tədbirin sonunda Vüqar Əsgərovun "Azərbaycan Milli Qəhrəmanları" adı altında nəşr etdirdiyi kitabı tədbir iştirakçılarına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə