Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanıb

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanıb

Repatriasiya tədbirləri çərçivəsində Suriyadan gətirilən daha 13 Azərbaycan vətəndaşı (6 qadın, 7 uşaq) Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müəssisədə onların ilkin tibbi müayinəsi aparılıb, eyni zamanda sosial və psixoloji vəziyyətlərinin qiymətləndirilməsi məqsədilə zəruri dəstək tədbirləri göstərilib.

Hazırda repatriantların sosial reabilitasiyası istiqamətində işlər davam etdirilir. Reabilitasiya mərhələsi yekunlaşdıqdan sonra vətəndaşlar evlərinə yola salınacaqlar.

Bundan sonrakı mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları onların evlərinə baş çəkərək fərdi vəziyyətlərini qiymətləndirəcək və ehtiyaclarına uyğun sosial dəstək tədbirləri müəyyənləşdirəcəklər.

Qeyd edək ki, son illər ərzində ölkəmizə repatriasiya olunmuş 630-dan çox şəxs Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya xidmətlərindən yararlanıb. Hazırda isə 85 repatriantla bağlı sosial reabilitasiya tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə