Yayda qaz balonunun saxlanılması zamanı edilən səhvlər NƏLƏRDİR ? - EKSPERT AÇIQLADI
Ümumiyyətlə, qaz balonlarının saxlanılması zamanı yol verilən ən geniş yayılmış səhvlər təhlükəsizlik baxımından ciddi risk yaradır.
Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O bildirib ki, ən çox rast gəlinən hallardan biri balonların birbaşa günəş şüaları altında, yüksək temperaturun təsirinə məruz qalan və ya zəif havalandırılan məkanlarda saxlanılmasıdır. Həmçinin onların soba, qazan, radiator və digər istilik mənbələrinin yaxınlığında yerləşdirilməsi də təhlükəlidir:
“Qaz balonları mütləq şaquli vəziyyətdə, aşmasının qarşısını alacaq şəkildə bərkidilərək saxlanılmalıdır. Onların uzanıqlı vəziyyətdə və ya bərkidilmədən saxlanılması yolverilməzdir. Eyni zamanda ventil hissəsini qoruyan xüsusi qapaq çıxarılmış vəziyyətdə balonların saxlanılması da təhlükəsizlik qaydalarının pozulması hesab olunur.
Digər vacib məqam dolu və boş qaz balonlarının eyni yerdə saxlanılmamasıdır. Bundan əlavə, balonlarda mütəmadi olaraq qaz sızmasının yoxlanılması, eləcə də texniki baxış və təzyiq sınaqlarının müəyyən olunmuş müddətlərdə aparılması vacib təhlükəsizlik tələblərindəndir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB