Moped sürənlərinə NƏZƏRİNƏ - bu güsən yeniq aydalar qüvvəyə mindi

Bu gündən Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur və bu nəqliyyat vasitələri dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Bununla bağlı "Yol hərəkəti haqqında" Qanuna 2025-ci il dekabrın 9-da edilən dəyişikliklər bu gündən qüvvəyə minir.

Qanuna əsasən, moped - kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən, maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üçtəkərli nəqliyyat vasitəsi hesab olunur. Asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də bəzi maddələr istisna olmaqla mopedlərə bərabər tutulacaq.

Dəyişikliklərə əsasən, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, eləcə də mopedlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınmalıdır. Yeni qaydalara görə, ölkə ərazisində yollarda mopedi idarə etmək hüququ yalnız "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında mümkün olacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə