Son vaxtlar radikal dini cərəyanlara qoşulanların sayı niyə durmadan artır? - EKSPERT AÇIQLADI
“Təəssüf ki, son vaxtlar həqiqətən də Azərbaycanda radikal dini cərəyanlara qoşulan şəxslərin sayının artdığını görürük”. Bu sözləri SİA-ya açıqlamasında Azvision saytının rəhbəri Vüsal Məmmədov bildirib.

Onun sözlərinə görə, bu hal narahatlıq doğurmaya bilməz: “Çünki əvvəla, həmin radikal dini cərəyanlar daha çox sektanı xatırladırlar. Onlar kompromissiz mövqe tutur, dialoqu rədd edir və üzvlərini cəmiyyətdən qoparılar. Bu cür qruplara qoşulan şəxslərin psixologiyasında dəyişik baş verir və onlar müəyyən müddətdən sonra cəmiyyət üçün itirilirlər.
Narahatlıq doğuran ikinci məqam odur ki, radikal dini qrupların təbliğatı açıq nəzərə çarpmır. Görünür, onlar gizli üsullar – qapalı teleqram kanalları, votsapp qrupları vasitəsilə tərəfdar toplayırlar. Bu isə xüsusilə təhlükəlidir. Çünki dini təbliğat mütləq açıq getməli, cəmiyyətin ona nəzarət etmək imkanları olmalıdır. Əgər tənqiddən gizlədilmiş radikal dini təbliğat vasitəsilə kimlərsə insanları cəhənnəmdə əbədi yanmaq kimi nağıllarla qorxudub, sonra həmin qorxulardan istifadə edirsə, bunlar çox təhlükəli hallardır. Üçüncüsü, əgər bu proses genişlənirsə, deməli, xaricdən həmin qruplara pullar da daxil olur. Maliyyə kanalları qapadılmayınca onların qarşısını almaq çətin olacaq. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq ölkələrində uğursuzluğa düçar olan radikal dini məzhəblər yeni meydan axtarışındadırlar. Azərbaycan heç bir halda onlar həmin meydan olmamalıdır”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB