Bu ilin on ayında DSMF-nin xərcləri 6 milyard 263 milyon manat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 6 faiz və ya 385 milyon manat çox olmaqla 6 milyard 601 milyon manat təşkil edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 371 milyon manat artaraq 5 milyard 237 milyon manat olub.

Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 6 milyard 263 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 537 milyon manat çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə