İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 604 qərar və 182 qərardad qəbul edib

Fəaliyyət göstərdiyi ötən illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 604 qərar və 182 qərardad qəbul edilib. SİA xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə yazdığı məqalədə bildirilib.

Konstitusiya Məhkəməsinin sədri əlavə edib ki, bu qərar və qərardadlarda formalaşdırılan hüquqi mövqelər dövlətin Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə