Azərbaycan XİN Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mustafa Kamal Atatürkünün vəfatının ildönümü münasibətilə paylaşım edib. SİA-nın verdiyi məlumata görə, nazirlik bu barədə sosial media hesabında paylaşım edib.

"Bu gün qardaş Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq", - paylaşımda qeyd olunub.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə