Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumların tibbi müayinələri həyata keçirilib.
SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müayinələr çərçivəsində məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə nevroloji, kardioloji, stomatoloji, terapevtik, laborator və digər sahələr üzrə xidmətlər göstərilib, hər bir məhkumun tibbi göstəriciləri ətraflı şəkildə yoxlanılıb.
Aparılan müayinələr məhkumların sağlamlıq durumuna operativ nəzarətin təmin edilməsi və vaxtında profilaktik tədbirlərin görülməsi məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB