Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filiallarının əməkdaşları ölkənin müxtəlif rayonlarında yaşayan şəhid ailələrini ziyarət ediblər.
SİA xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, mütəmadi xarakter daşıyan ziyarətlərin məqsədi şəhidlərimizin əziz xatirəsini anmaq, onların ailə üzvlərinin sosial vəziyyətlərini diqqətdə saxlamaqdır.
Ziyarətlər zamanı şəhidlərin ailə üzvləri ilə həmsöhbət olan əməkdaşlar onların sosial vəziyyəti ilə maraqlanıb, bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.
Görüşlərdə həmçinin şəhid ailələrinə göstərilən sosial dəstək tədbirlərindən danışılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB