YAP Gəncə şəhər təşkilatı “Hərəyə bir bayraq” adlı yürüş təşkil edib

9 Noyabr - Dövlət Bayraq Günündə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı “Hərəyə bir bayraq” adlı yürüş təşkil edib.

SİA-nın məlumatına görə, təşkilatdan bildirilib ki, 50-dən çox fəal gəncin iştirak etdiyi yürüş YAP Gəncə şəhər təşkilatı Qərargahının qarşısından start götürüb.

Şəhərin Cavad xan küçəsində əllərində üçrəngli bayraqlar yürüşə davam edən gənclər şəhər sakinlərinə yaxınlaşaraq bayraqlar verib, balacaların üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkiblər. Yürüş boyu sayı artan gənclər böyük əhval-ruhiyyə ilə həmyaşıdlarını yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar.

Gəncədə geniş əks-səda doğuran yürüş milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi daşıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə