8 Noyabr – Zəfər Gününün 5 illiyi təkcə Bakıda deyil, ölkənin bütün bölgələrində böyük coşqu və qürur hissi ilə qeyd olunur. Bu gün Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin, Şuşanın azad edilməsinin və 30 illik işğala son qoyulmasının rəmzidir. SİA xəbər verir ki, bölgələrdə Zəfər Günü bayramı xüsusi təntənə ilə qarşılanıb. Hər bir şəhər və kənddə insanlar küçələrə çıxır, üçrəngli Azərbaycan bayraqları dalğalanır. Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər, abidələrin ziyarəti, mədəni-kütləvi tədbirlər, konsertlər və möhtəşəm yürüşlər keçirilir. Bu həmrəylik xalqın sarsılmaz birliyini və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərə olan sonsuz inamı nümayiş etdirir.
Zəfər Günü Azərbaycanın gücünün, ordumuzun şücaətinin və xalq-lider birliyinin təntənəsidir. Bu bayram hər bir azərbaycanlının qəlbində yaşayan Vətən sevgisini və gələcəyə olan böyük ümidi daha da gücləndirir. Bu, qalib xalqın öz tarixini və qəhrəmanlarını əbədiləşdirməsinin ən parlaq nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB