Bina sakinlərinə hansı cərimələr tətbiq oluna bilər? - EKSPERT AÇIQLADI

"Komunal ödənişləri etməyən bina sakinlərinə hansı cərimələr tətbiq olunmalıdır. Bu qaydalar Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzimlənir. Çünki müqavilə olduqda bu qanunlar tənzimlənir. Məsələn, komunal ödənişləri etməyən şəxsləri hansı cəzəlar gözləyir, hansı tədbirlər görülür, amma belə götürsək MTK və hansısa tikinti şirkətinin ixtiyarı var ki, komunal ödənişlərdən imtina edən, həmin xidmətdən yararlanmasın və yaxud da məhkəməyə verərək onlardan məhkəmə və digər xərclər daxil olmaqla onları məhkəmə yolu ilə komunal ödənişlərini alsın". Bu sözləri SİA-ya açıqlamasında Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Onun sözlərinə görə, bu komunal xidmətlər bəs nədir?

1.İdarə etmə mexanizmasının təşkili:

2. Mühavizə xidmətləri:

3.Təmizlik xidmətləri:

4.Liftlərin baxımı:

5.Güvənlik kameralarınınn baxımı;

6.Blokların ve liftlərin elektrik enerjisi bu xidmətlərə daxildir. Lakin bir çox hallarda tikinti şirkətləri heç bir yaşayış olmayan qara divar, podmayak yəni belə evlərdən də, komunallar alır: "Əslində bu düzgün deyil. Çünki o xidmət haqqıdır. Lakin o evdə heç bir yaşayış yoxdursa və orada insan yaşamırsa bu zaman o xidmətin qarşılığı olan komunal ödənişi etməyə bilər. Çünki həmin şəxs orada yaşamadığı üçün və bu sadaladığım komunal xidmətlərdən yararlanmadığı üçün və heç bir xidmət görmədiyi üçün ödəniş etməyə bilər. Xidmətdə o deməkdir ki, göstərilmiş xidmətin qarşılığını alınmasıdır. Amma əfsuslar olsun ki, bir çox hallarda tikinti şirkətləri zorakılıqla həmin təmirsiz mənzillərdən də, xidmət haqqı alır. Əslində bu qanunla düzgün deyil. İkinci bir tərəfi isə ondan ibarətdir ki, həmin mənzildə yaşayan insanlar orada xidmətlərdən istifadə edirsə, blokların və pilləkənlərin təmizlənməsi, dəhlizlərin təmizlənməsi, həyətin təmizlənməsi və süpürülməsi, lift xidməti, gözətçilərin xidməti və bu kimi komunallardan binada yaşayan sakinlər istifadə edirsə əgər bu zaman o xidmət haqqlarını verməyə borcludurlar. Əgər ödəmək istəmirlərsə bu zaman ərizə yazaraq həmin komunalları dayandırsın və istifadə etməsin, əks halda isə ödəməyə məcburdur. Çünki pulsuz olaraq bu xidmətlərdən istifadə edirsə və başqaları pul ödəyirsə və həmin şəxs ödəmirsə, bu düzgün bir hal deyil. Bunu belə etmək olar ki, tikinti şirkəti yazılı olaraq bir neçə dəfə həmin komunalı ödəməyən vətəndaşa və ya mənzil sahibinə yazılı olaraq xəbərdarlıq etməklə və daha sonra həmin adamı məhkəməyə verib, məhkəmədən həmin komunal xidmətləri ala bilər. Amma burada bir məsələ var.

Tikinti şirkəti ilə mənzil sahibi arasında xidmət müqaviləsi olmalıdır. Yəni tikinti şirkəti ilə əgər vətəndaşın arasında xidməti müqavilə yoxdursa, bu zaman həmin tikinti şirkəti mənzil sahibini məhkəməyə vermək hüququda yoxdur. Çünki həmin xidmətlərdən istifadə edərkən, tikinti şirkətilə əmlak sahibi arasında xidməti müqavilə olmalıdır və o müqavilədə göstərilməliş xidmətlərin sayı və yaxud hansı xidmətlərin göstərilməsi öz əksini tapmalıdır. Bu xidməti müqavilə bağlandığdan sonra qarşlıqlı imzalar atıldıqdan sonra, həmin müqavilə əsas verir ki, tikinti şirkəti həmin vətəndaşı həmin müqavilə əsasında məhkəməyə versin və həmin ödənişləri və digər ödənişləri məhkəmə yolu ilə məcburi şəkildə alsın. Amma tikinti şirkətilə mənzil sahibinin arasında hər hansı bir xidməti müqavilə yoxdursa onda tikinti şirkəti mənzil sahibindən heç bir şey tələb edə bilməz və məhkəməyə belə verə bilməz. Çünki bu xidmət müqavilə əsasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Bunun digər bir yolu isə vətəndaş müqavilə bağlanmaqdan boyun qaçırırsa və ya müqavilə bağlandıqdan sonra xidmətlərdən istifadə edirsə, amma xidməti müqavilənin əsasında olan ödənişləri etmirsə, bu zaman bir neçə qonşunun bir qərar qəbul edərək akt tərtib etməyilə məhkəmə preqmentinə çevirmək olar. Amma ən doğrusu odur ki, tikinti şirkətilə əmlak sahibi arasında müqavilə olmalıdır, o müqavilə konkret göstərilmiş xidmətlərin hansı xidmət olduğunu və nə cür xidmət göstəriləcəyi qeyd olunmalıdır. Əsas problemlərdən biri də, qanunla xidmətlərdən istifadə etməyən, yəni təmirsiz və yaşayış olmayan mənzillərdə xidmət haqqı alınması qanunla düzgün hesab edilmir. Çünki bu dediyimiz kimi xidmət haqqı puludur və yararlanıb o xidmətdən istifadə edərək o pulu mənzil sahibi ödəməlidir.

Əgər mən bu xidmətdən yararlanmıramsa niyə o pulları ödəməliyəm? Yəni vətəndaşların bəzi zamanlarda özləridə bilmədən imza çəkdikləri müqavilələrdə həmin bəndlər olur. Yəni vətəndaşlar o müqaviləni oxumadan müqaviləyə imza çəkirlər və sonradan da, problem yaşayırlar. Lakin müqavilə olduqda mənzil sahibi əgər xidmətdən narazı oldugu halda məhkəməyə müraciət edə bilər, yəni bu xidmətləri məhkəmə predmentinə çevirib tikinti təşkilatını məhkəməyə vermə hüququ əldə edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə