Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ Prezidenti Donald Trampın administrasiyasını bəşəriyyətin rifahı naminə Avropa İttifaqını (AB) məhv etməyə çağırıb.
SİA-nın məlumatına görə, o, bunu özünün X səhifəsində yazıb.
...Avropa İttifaqına lənət olsun, söz azadlığı yaşasın. Azad Fransa yaşasın!, - deyə paylaşımda bildirilir.
O, qeyd edib ki, ABŞ yalnız suveren milli dövlətləri tanımalıdır.
Filippot Aİ-ni dağıdıcı totalitarizmdə və azadlığa nifrətdə günahlandırıb. Siyasətçi vurğulayıb ki, “Bütün dünya Aİ-nin dərin faşist xarakterini kəşf edir”.
Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) liderlərinin 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşmaq qərarına gəldiyini, lakin Budapeştin belə bir inkişafın qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB