SOMDA-ya könüllü hərbi xidmətə daxil olmaq istəyənlər üçün sənəd qəbulunun müddəti uzadılıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə (SOMDA) könüllü hərbi xidmətə daxil olmaq istəyən vətəndaşlar üçün sənəd qəbulunun müddəti uzadılıb. Bu barədə SİA-ya SOMDA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən (16.01.2025-ci il tarixdə verilmiş elanda qeyd edilmiş tələblərə cavab verən) vətəndaşların nəzərinə çatdırılır ki, Agentlikdə xidmətə daxil olmaq üçün sənəd qəbulunun müddəti fevralın 17-dən 21-dək uzadılıb.

Ətraflı məlumat somda.gov.az saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə