Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə (SOMDA) könüllü hərbi xidmətə daxil olmaq istəyən vətəndaşlar üçün sənəd qəbulunun müddəti uzadılıb. Bu barədə SİA-ya SOMDA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən (16.01.2025-ci il tarixdə verilmiş elanda qeyd edilmiş tələblərə cavab verən) vətəndaşların nəzərinə çatdırılır ki, Agentlikdə xidmətə daxil olmaq üçün sənəd qəbulunun müddəti fevralın 17-dən 21-dək uzadılıb.
Ətraflı məlumat somda.gov.az saytında yerləşdirilib.