Fevralın 6-da İkinci Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarı ziyarət edilib. SİA xəbər verir ki, mərasimdə AZAL-ın prezidenti Samir Rzayev, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, Abşeron və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və əməkdaşları, AZAL-ın kollektivi, mərhumun ailə üzvləri və yaxınları, ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Hökumə Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə