Pərviz Şahbazov Saatlıda vətəndaşları qəbul edəcək

Fevralın 28-də energetika naziri Pərviz Şahbazov Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Saatlı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4900, Saatlı şəhəri, Heydər Əliyev meydanı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]), Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov, əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə