Bu gün axşam saatlarına qədər Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin bəzi ərazilərinə içməli suyun verilişində fasilə olacaq. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb qəsəbəni su ilə təmin edən magistral xətdə qəza baş verməsidir. Hazırda aidiyyəti qurumlar təmir işləri aparır, qəzanın nəticələrini aradan qaldırır.
"Müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə