2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun rəhbərləri və kollektivləri, eləcə də gənclər təşkilatlarının nümayəndələri bu gün Fəxri Xiyabanı ziyarət ediblər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, bu günün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirilib. 1997-ci ildən isə Prezident Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə