Ramin Məmmədov Göygöldə vətəndaşları qəbul edib - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 30-da Göygöl şəhərində vətəndaşları qəbul edib. Bu barədə SİA-ya komitədən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı Gəncə, Naftalan şəhərləri, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə