Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bunun nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dövlət tərəfindən elan olunmuş matəm günlərində Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyində dekabr 26-27-də başsağlığı kitabı açılıb və dövlət bayrağı yarıyadək endirilib.
SİA xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, “AZAL”a məxsusi təyyarənin qəzaya uğraması ilə əlaqədar səfirlik CAR-ın dövlət qurumları, habelə Pretoriyada akkreditə olunan xarici dövlətlərin diplomatik missiyalarına nota ünvanlayıb. Bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri Azərbaycan səfirliyinə gələrək xatirə kitabında qeydlər aparıb, habelə CAR parlamentinin yüksəkrütbəli rəsmiləri, eləcə də beynəlxalq missiyaların başçıları səfirliyin elektron poçtuna çoxsaylı başsağlığı məktubları ünvanlayıb və orada öz ürək sözlərini yazaraq bu çətin və matəm günlərində Azərbaycan xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə