Azərbaycanda geyim marketinqində nəyi təbliğ edirlər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə, Azərbaycanda müstəqilliyimizi ikinci dəfə bərpa edəndən sonra bir çox sahələrdə olduğu kimi paltar, geyim, davranış mədəniyyətində də dövlətin verdiyi azadlıq, sərbəstlik çox səhv anlaşıldı və daha çox liberal, hətta radikal dəyişikliklərə aparıb çıxardı". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Sovet dövründə hər bir sahənin adamları məktəbdən tutmuş, hətta din xadimlərinə qədər, universitet məllimlərinə qədər həm xüsusi formaları vardı, həm də onların geyiminə dövlət orqanları nəzarət edirdi: "Əlbəttə, biz bu totalitar nəzarət sistemindən imtina etmişik və ona geri qayıtmaq istəmirik. Amma bu heç də o demək deyil ki, insanlarımız istər davranışında, istər digər şeylərə münasibətdə, istərsə də geyim mədəniyyətində radikal dəyişikliklərə gedib çıxsınlar. Bəzən Azərbaycanın paytaxtında gəzəndə nəinki yava gəzən qadınlar və yaxud kişilər, hətta mədəni ailədən olan uşaqlar, gənclər, cavanlar, hətta yaşlı qadınların geyiminə fikri verəndə adamı dəhşət bürüyür. Əslində, məhz bu təlabatdan irəli gələrək qeyim mağazaları, supermarketlər, hətta Binə və Sədərək ticarət mərkəzləri belə artıq bizim milli, mental dəyərlərə nisbətən cavab verən, nisbətən qapalı, bağlı paltarlar, qeyimlər deyil, açıq-saçıq, hətta kəsimi çox yüksək olan cırıq deşikləri az qala alt paltarını göstərən paltarları dəba halına gətirdi və ümumi satışa buraxdı. Bir nəfər başdan psixoloji problemi olan müğənni bunu geyinir, yaxud geyindirirlər, adiləşir, ümumiləşir. Gənclərimiz, yeniyetmələrimiz, uşaqlarımız buna baxırlar, o dəqiqə həmin paltraları geynməyə başlayırlar. Ən dəhşətli hal odur ki, atalar, analar, nənələr, babalar belə gənclərin bu tipdə, həm milli-mental, həm sağlamlıq, həm gələcəkdə ata-ana olmaqla bağlı fərdin bioloji xüsusiyyətlərinə qarşı dəhşətli dərəcədə, sağlamlığına qarşı dəhşətli dərəcədə zərbələr vurulan bu tipli geyimlərin alınmasına və nəvələrinin, uşaqlarının geyimləsinə belə şərait yaradırlar. Onları həvəsləndirir, pensiyasından kəsib onlar üçün cırıq şalvarlar, həddindən artıq qabarıq bədən cizlilərini göstərən paltarlar alırlar və bununla da sanki fəx edirlər. Biz yalnız müğənnilərin üstündə düşmürük, elə toylarımızda belədir, yaslara gedən və başını bağlayan xanımlarımızın böyük əksəriyyətinə baxın. Əgər təlabat varsa, çox güman ki, ona uyğun da bazar olacaq, bazar formalaşacaq.

Digər tərəfdə ağrılı məsələlər var ki, bunlar da dövlət qurumları, Səhiyyə Nazirliyinin əlaqədar orqanları oturub düşünməli, fikirləşməlidir. Dini komitə var, ailə komitəsi var, hətta Gənclər və İdman və Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi bununla bağlı bir ekspert komitəsi yaratmalıdır. O ekspertləri havayı yox, qararlı işlətməlidirlər, onlar tədqiq eləməlidirlər. Araşdırma məzkəzləri, institutlar var ki, illərdir bomboş oturub, heç bir işlə məşğul deyildir, onlara tapşırıqlar vermək lazımdır. Onlar da sosioloji araşdırmaları aparmalıdır ki, insanlarımız niyə soyunur, nə için soyunur və əgər soyunursa, bu ümumi etiket qaydasına çevrilirmi? Etiket qaydasıdırsa, paltar, geyimin də buna uyğun olaraq bazara çıxarılması normal qəbul edilməlidir, yoxsa hər kəs öz yaxınının paltarına diqqət getirmək bir söz demir, qorxur, çəkilir, amma qıraqdakıların paltarına o dəqiqə barmaq göstərirlər. Bu davranış normaları, dünyagörüşün dəyişilməsi, həyata baxışın dəyişilməsini biz ya qəbul etməliyik, ya da ki, bunlardan imtina etməliyik.

Geyim terroru deyilən bir ifadə var. Müəyyən geyimlərlə inkişaf etməkdə olan xalqları, dövlətlərin əhalisini, cəmiyyətin sağlamlığına, demoqrafik məsələlərinə, gələcəkdə artımına təsir edən çox böyük qüvvələr də var, mövcuddur və bizim insanlar da bilə-bilə, ya bilmə-bilmə o paltarları geyinirlər, o paltarlardan istifadə edirlər. Hələ o paltarların kimyəvi tərkibini biz demirik, satış yerlərindən alıb birbaşa əyninə geyinib, toya gedib, o paltarlarda toz hissəcikləri olur, onlar yeməyə oturur və s. Bunların o qədər böyük problemləri var. Səhiyyə Nazirliyində həkimlərlə bağlı çepe və tutulanlar və digər bu tipli qamaqallı hadisələr zaman görürük ki, dövlətin həvalə etdiyi, maaş verdiyi, kabinet ayırdığı, katibə verdiyi, işçilər verdiyi qurumlar heç də öz yerində deyillər və onlar işləmək istəmirlər. Ona görə də media onlara yox, çünki onlar, onsuz da, cavab verməyəcəklər. Media məcburdur, kulturologa, ekspertə, tanıdığı adamlardan bu barədə fikir soruşmağa, sorğu verməyə".

"Yaxın gələcəkdə bununla bağlı çox böyük problemlər yaranır. Biz bəzən deyirik ki, niyə Azərbaycanda və dünyada bu qədər eyni cinsi nikahlara, sevgilərə meyilli, qız olub, oğlana oxşayan, oğlan olub, qıza oxşayan insanların, transların yaranması nə üçün oldu birdən-birə? Bu, birdən-birə olmur. Bir hissəsi geyimlə, bir hissəsi işsiz və hərəkətsiz yaşam tərzilə, bir hissəsi yeməklə, bir hissəsi energetik içkilə, birhissəsi fasfutla və bir hissəsi sosial şəbəkələrdən gələn psixoloji, kitab, informasiya vasitələrindən gələn psixoloji dəhşətli sarsıntılarla bu insanların bioloji şifrələri dağıdılır və o insanlar yavaş-yavaş özünün ilkin varlığından, qadın olaraq qadın kimi, kişi olaraq kişi kimi ilkin varlıqlarından uzaqlaşırlar. Bu məsələdə geyimin də xüsusi rolu var. Düzdür, indi biz çöldə piyada gəzmirik, əkin eləmirik və yaxud at üstündə gəzmirik,amma nənələrimiz qat-qat niyə tumanlar giyiniblər, rəngbərəng paltarlar geyiniblər. Paltarı paltarın üstünə geyinirdilər ki, bədən və dərini qorusunlar. Bunları indi biz eləyə bilirikmi? Üstəlik də ən axırıncı bazar nəyi tələb eləyirsə, ona uyğun da bazar, daha doğrusu, insanlar nəyi tələb eləyirsə, ona uyğun da bazar formalaşdırılacaq. Yaxın vaxtlarda güman ki, biz bunun çox böyük ağrılarını hiss edəcəyik. Əgər biz istəmirik ki, geyimlə bağlı bizi məhv eləsinlər, öz tirkataş, paltar, geyim sənayemizi yaratmalı, gücləndirməliyik. İnsanlar Çindən, Türkiyədən, Türkmənistandan gələn, bizə aid olmayan, bizim mentalitetimizə zidd olan paltaları yox, məhz öz paltarlarımızı geyinə bilsinlər. Gələn baxaq, şəhərə çıxaq, görək nə qədər milli paltarlar satılan yerlər var. O milli paltarlar səliqəli tikilib, yəni səliqəli tikilib, dəbə uyğundurmu, ilin rənginə uyğundurmu? Yox, bunların heç biri olmur, amma ancaq başlayırıq ya xaricdən gələn paltarları alıb geyinməyə, ya da ki, tənqid etməyə. Amma real yolları göstərənlər olmur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə