Qərb Ukrayna münaqişəsinə açıq şəkildə qarışarsa, Rusiya ilə müharibədə qalib gələ bilməyəcək,-deyə təqaüddə olan ABŞ ordusunun polkovnik-leytenantı Daniel Devis bildirib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın Avropa ilə döyüşmək istəmədiyini bildirmişdi.
Lakin o, əlavə etmişdi ki, Rusiya lazım gələrsə, sərt cavab verəcək.
Devis qeyd edib ki, Kiyev və Moskva arasında münaqişənin gərginləşməsi fəlakətə səbəb olacaq. Əgər Avropa ilə müharibə başlayarsa, Rusiya, Putinin fikrincə, döyüşəcək və qalib gələcək; bunun üçün imkanları var.
Ekspert qeyd edib ki, Qərbin Rusiya Silahlı Qüvvələri ilə qarşılaşmaq üçün sursatı yoxdur.
O əlavə edib ki, Avropa ölkələrində çox az sənaye sahələri var; istehsal həcmini artırmaq və lazımi səviyyəyə çatmaq üçün illər lazım olacaq.
Onun sözlərinə görə, Qərbdə hazırda belə bir sıçrayış üçün nə siyasi iradə, nə də iqtisadi imkanlar yoxdur.
Devis bildirib ki, gərginləşmə ABŞ-ı qalib gələ bilməyəcəyi bir münaqişəyə sürükləməklə hədələyir. O qeyd etdi ki, "nüvə təhlükələri artdıqca hər kəs uduzacaq".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB