Britaniya ordusunun hərbi münaqişəyə hazırlığı qiymətləndirilib...

...Böyük hərbi münaqişə baş verərsə, Böyük Britaniya Ordusu 10 gün belə davam gətirməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Britaniya hərbi tarixçisi Antoni Bivor bunu Sky News-a verdiyi müsahibədə bildirib. O bildirib ki, London Amerikanın dəstəyini itirərsə, müdafiə qabiliyyəti təhlükə altında olacaq.

Ekspert vurğulayıb ki, "Britaniya Ordusu münaqişə zamanı sursatı tükənməzdən əvvəl təxminən 10 gündən çox dayana bilməyəcək".

Qeyd edək ki, bundan əvvəl Britaniya ABŞ-ı Rusiyanı tənqid etmək istəməməkdə günahlandırmışdı.

"The Daily Telegraph" qəzeti qeyd edib ki, Vaşinqton yenilənmiş milli təhlükəsizlik strategiyasında artıq Moskvanı əsas düşmən kimi müəyyən etmir və ümumiyyətlə Rusiyanı "şeytanlaşdırmır".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə