Şimali Koreyada ruslara görə rus dili dərsləri tədris olunacaq...

...Şimali Koreya rus turistlərini cəlb etməkdə maraqlıdır. Buna görə də, onların rusiyalı qonaqlarla sərbəst ünsiyyət qurmaları üçün rus dili dərsləri tədris olunacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ruslar Şimali Koreya səyahət edərkən özlərini daha rahat hiss edəcəklər, çünki yerli sakinlər artıq onlarla rus dilində danışacaqlar.

Pxenyan yeni bir dil siyasətini təsdiqləyib və yerli əhaliyə rus dilini öyrətmək üçün genişmiqyaslı proqram başlatmağı planlaşdırır.

Baş nazir Kim Tok-hun bunu açıqlayıb. O, səyahətçilərə tərcümə çətinliklərindən qaçmağa və koreyalılarla ana dilində ünsiyyət qurmağa imkan verəcək dərin dil biliklərinə malik kadrların hazırlanmasının vacibliyini vurğulayıb.

Xüsusilə, ruslar mağaza satıcıları, restoran və kafe işçiləri ilə sərbəst ünsiyyət qura və ekskursiyalara gedə biləcəklər.

Lakin ruslar Şimali Koreyanın dünyanın ən qapalı ölkələrindən biri olaraq qalması və xüsusi giriş qaydalarına malik olmasından çəkinə bilərlər.

2025-ci ilin fevral ayının sonlarında Şimali Koreya koronavirus pandemiyasının başlanğıcından bəri ilk dəfə Qərb turistlərinin ölkəyə girməsinə icazə verdi, lakin bir neçə həftə sonra qərarını ləğv etdi.

Eyni zamanda, Primorski diyarı hökuməti tur operatorları ilə birlikdə Şimali Koreyaya yay tur proqramlarına başladı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə