...Səhhəti açıq-aydın pisləşən Ramzan Kadırov uzun müddət yoxa çıxdıqdan sonra yenidən ictimaiyyət qarşısına çıxdı. O, Qroznıdakı biznes mərkəzinə edilən dron hücumu ilə əlaqədar Ukraynaya şəxsən təhdidlər bildirmək üçün iclas çağırıb.
SİA xəbər verir ki, Rusiyanın "Verstka" nəşri Çeçenistan liderinin vəziyyətinin pis olduğunu təsdiqləyib.
Mənbələr onun bu yaxınlarda xəstələndiyini iddia edirlər. Kadırovun ağır xəstə olduğuna artıq şübhə yoxdur.
Onun diaqnozu ilə bağlı bir neçə nəzəriyyə mövcuddur. Rusiya Federasiyasının ali rəhbərliyi ilə əlaqələri olan siyasi strateq Stanislav Belkovski Kadırovun xərçəng xəstəliyinə tutulduğunu iddia edir.
Başqa bir versiyaya görə, ona mədəaltı vəzi nekrozu diaqnozu qoyulub.
Çeçenistan liderinin özü bu şayiələri qəti şəkildə təkzib edir. ...Yeri gəlmişkən, qeyd etmək vacibdir ki, Ukrayna Qroznı şəhərinə hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Kadırovun səhhətinin və mövqeyinin pis olması nəzərə alınmaqla, hücumun daxili mübahisə ola biləcəyi istisna edilə bilməz.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB